"HƏMAS qruplaşmasının İsrailə hücum etməsindən indiyədək 307 əsgərimiz həlak olub".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari deyib.
Onun sözlərinə görə, radikalların Qəzza zolağından İsrailə atdığı 550-dən çox raket Fələstin anklavı ərazisinə düşüb: “Qəzza zolağına istənilən humanitar yardımın yalnız anklavın cənub hissəsinə çatdırılmasına icazə veriləcək. Qəzzə zolağının şimalındakı 700 minə qədər sakin artıq anklavın cənub hissəsinə köçürülüb”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.