Əsas məzmuna keç

İsrail Livanı bombalayarkən ABŞ-ın ağ fosfor sursatlarından istifadə edib

İsrail Livanı bombalayarkən ABŞ-ın ağ fosfor sursatlarından istifadə edib

bu barədə “Washington Post” qəzeti məlumat verib. Qəzetin müxbirləri nəticəyə gəlmək üçün raket qalıqlarını və fotoşəkilləri təhlil ediblər. Ağ fosfor...

İsrail oktyabrda Livanın cənubuna hücum zamanı ABŞ-dan təmin edilən ağ fosforlu sursatlardan istifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat verib.

Qəzetin müxbirləri nəticəyə gəlmək üçün raket qalıqlarını və fotoşəkilləri təhlil ediblər.

Ağ təyyarə bombalarında, havadan atılan kaset bombalarında, artilleriya mərmilərində, minalarda istifadə olunur. Yandırıcı silahlar adi silahlar kimi təsnif edilir, lakin 1980-ci il BMT-nin Bəzi Adi Silahlar haqqında Konvensiyasına 3 saylı Protokol onların mülki şəxslərə və mülki obyektlərə qarşı, habelə mülki ərazilərdə hərbi hədəflərə hücumlarda istifadəsini qadağan edir. İnsan haqları təşkilatları fosfor bombalarını kimyəvi kimi təsnif etməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…