Operativ Məlumat Mərkəzi

İsrail hücum istiqamətini dəyişir

1 dəq
Paylaş:
İsrail hücum istiqamətini dəyişir
məsələ ilə bağlı BBC-ə açıqlama verən İsrail müdafiə qüvvələrinin üzvü Peter Lerner, 98-ci diviziyanın missiyasını başa vuraraq Xan Yunisi tərk etdiyini...

İsrail ordusu Xan Yunis şəhərindəki hərbçilərinin sayını azaldıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ ilə bağlı BBC-ə açıqlama verən İsrail müdafiə qüvvələrinin üzvü Peter Lerner, 98-ci diviziyanın missiyasını başa vuraraq Xan Yunisi tərk etdiyini deyib.

Lerner bu addımı bölgədə aparılan hərbi əməliyyatların növbəti mərhələsi kimi qiymətləndirib.

“Müharibə bitməyib. Müharibə yalnız girovlar evinə qayıdanda və Həmas bölgəni tərk edəndə bitə bilər”, - deyə Lerner bildirib.

O, aylardır qızğın döyüşlərin getdiyi şəhərdə hazırda yalnız 1 briqadanın qaldığını diqqətə çatdırıb.

İsrailin müvafiq addımından sonra fələstinlilər dağıdılmış Xan Yunis şəhərinə qayıtmağa başlayıb.

Bununla belə İMQ-nin Qəzza zolağının digər ərazilərində nəzərəçarpan sayda qüvvə saxladığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər