Əsas məzmuna keç

İsrail HHQ İranda 'Mi-17' hərbi helikopterini məhv etdi

İsrail HHQ İranda 'Mi-17' hərbi helikopterini məhv etdi

Sənəndəc aeroportunda SEPAH-ın hərbi potensialına ağır zərbə endirilib. İsrail ordusunun dəqiq kəşfiyyatı ilə həyata keçən əməliyyatın şok pərdəarxası burada.

en ru

İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki Sənəndəc hava limanında "Mi-17" helikopterini məhv edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb.

"Çərşənbə gününə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi Müdafiə Ordusunun kəşfiyyat məlumatları əsasında hərəkət edərək Sənəndəc hava limanında İranın "Mi-17" helikopterini aşkarlayaraq ona endirib", - deyə bəyanatda bildirilir.

İddia olunur ki, bu zərbə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin hərbi potensialını zəiflətmək və İsrailin İranın qərbində hava üstünlüyünü möhkəmləndirmək məqsədilə endirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…