İsrail əsgərlərinin Qəzza zolağının mərkəzində yaşayış məntəqələrini atəşə tutması nəticəsində azı 6 nəfərin həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə televiziyası məlumat verib.
Məlumata görə, İsrail artilleriya mərmiləri Nuseyrat qaçqın düşərgəsində iki evə düşüb. Məhəllə sakinləri dağıntılar altında qalanları xilas etməyə çalışırlar, lakin bu səylər şiddətli yanğın səbəbiylə çətinləşdiyi bildirilir.