Əsas məzmuna keç

İsrail Beyrutun mərkəzinə hücum etdi - İtkilər var

İsrail Beyrutun mərkəzinə hücum etdi - İtkilər var

Livan paytaxtının Zuqaq Blat rayonunda yaşayış binasına endirilən hava zərbələri nəticəsində ölənlər var. Quru əməliyyatı fonunda gərginliyin son təfərrüatları burada.

ru en

İsrail Livanın paytaxtı Beyruta hava hücumları təşkil edib, ölən və yaralananlar var.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bundan əvvəl Livanın cənubunda məhdud əməliyyatlarına başladığını elan edib.

Dünən gecə və bu səhər saatlarında isə Beyrut şəhərinə hava zərbələri endirilib.

"RİA Novosti" agentliyinin məlumatına görə, paytaxtın mərkəzində yerləşən rayonunda binası güclü hava hücumuna məruz qalıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

"Reuters" agentliyi isə bildirir ki, bu səhər İsrailin hava zərbəsindən sonra Beyrutun rayonlarından birində güclü partlayış səsi eşidilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…