Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"İsrail Livandakı hərbi əməliyyatları qətiyyətlə davam etdirəcək"

2 dəq
Paylaş:
"İsrail Livandakı hərbi əməliyyatları qətiyyətlə davam etdirəcək"

İsrailin maliyyə naziri ABŞ və İran arasında aparılan danışıqların İsrailə aid olmadığını bildirib və ölkəsinin Livandakı əməliyyatlarını qətiyyətlə davam etdirəcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O bildirib ki, Benyamin Netanyahunun hökuməti hakimiyyətdə qaldığı müddətdə İsrail işğal altında saxladığı Livanın cənubundan geri çəkilməyəcək.

Nazirin sözlərinə görə, Hizbullah fəaliyyətini davam etdirdiyi müddətdə, Şakif təpəsi də daxil olmaqla, Livandakı zonasından İsrail qüvvələrinin çıxarılması mümkün deyil.

Smotriç Hizbullahın tamamilə ləğv edilməsinin vacib olduğunu vurğulayaraq bildirib ki, təşkilat Livan hökumətinin tərkib hissəsi olmamalı, həmçinin İsraili təhdid edə biləcək hər hansı hərbi gücə və imkanlara sahib olmamalıdır.

O qeyd edib ki, yalnız bundan sonra yeni təhlükəsizlik mexanizmləri müzakirə oluna bilər.

İsrailli nazir əlavə edib ki, Hizbullahın yalnız silahsızlaşdırılması kifayət deyil, təşkilat Livandakı siyasi təsirindən də məhrum edilməlidir. Onun fikrincə, Hizbullah İsrailin şimal bölgələri üçün təhlükə yaratmağa davam etdiyi müddətdə İsrailin Livandan geri çəkilməsi gündəmdə olmayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax