İsrail Livanın paytaxtı Beyruta hava hücumları təşkil edib, ölən və yaralananlar var.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bundan əvvəl Livanın cənubunda məhdud quru əməliyyatlarına başladığını elan edib.
Dünən gecə və bu səhər saatlarında isə Beyrut şəhərinə hava zərbələri endirilib.
"RİA Novosti" agentliyinin məlumatına görə, paytaxtın mərkəzində yerləşən Zuqaq Blat rayonunda yaşayış binası güclü hava hücumuna məruz qalıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.
"Reuters" agentliyi isə bildirir ki, bu səhər İsrailin hava zərbəsindən sonra Beyrutun rayonlarından birində güclü partlayış səsi eşidilib.