İsrail Müdafiə Ordusu (İDF) İrana qarşı yeni hava hücumları dalğasına başladığını rəsmən bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun rəsmi "Telegram" kanalında məlumat yayılıb.
Məlumata əsasən, əməliyyatın növbəti mərhələsi çərçivəsində İranın mərkəzi hissəsində yerləşən raket qurğuları və hava hücumundan müdafiə sistemləri hədəfə alınır.
Ordu bu addımı İran rejiminin hərbi infrastrukturunu sıradan çıxarmaq məqsədilə atdığını bildirib.
Bundan əvvəl İranın Buşəhr şəhərinə zərbələr endirildiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, həmin ərazidə İranın fəaliyyətdə olan atom elektrik stansiyası yerləşir. Hücumun nəticələri və dəymiş ziyan barədə hələlik rəsmi məlumat verilmir.