İsrail Müdafiə Ordusu tərəfindən Tehranda endirilən hava zərbəsi nəticəsində "Bəsic" bölməsinin komandiri Qolam Rza Süleymaninin öldürüldüyü bəyan edilib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə İsrail Ordusunun hərbi mətbuat xidməti rəsmi açıqlama verib.
"Dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, hərbi hava qüvvələri dünən Tehranın mərkəzinə məqsədyönlü zərbə endirərək son altı il ərzində "Bəsic" bölməsinin komandiri olan Qolam Rza Süleymanini öldürüb", - deyə bəyanatda vurğulanıb.
İddia olunur ki, "Bəsic" bölməsi daxili etirazların yatırılmasında, o cümlədən kütləvi həbslərin həyata keçirilməsində və nümayişçilərə qarşı güc tətbiqində əsas rol oynayıb.