Əsas məzmuna keç

Cənubi Koreyanın 26 gəmisi Hörmüz boğazı yaxınlığındadır

Cənubi Koreyanın 26 gəmisi Hörmüz boğazı yaxınlığındadır

Seulun 183 ekipaj üzvü olan donanması regionda cəmləşib. XİN rəsmisi Park İl ABŞ lideri Donald Trampın çağırışı və blokada təhlükəsi ilə bağlı son qərarı açıqladı.

en ru

boğazında yaranan gərginlik fonunda özünün 26 gəmisi183 ekipaj üzvünün təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib. Ölkə rəsmiləri ərzaq və digər strateji yüklərin fasiləsiz çatdırılması məqsədilə qonşu ölkələrin liman rəhbərlikləri ilə sıx əlaqə saxlayır.

Məlumatı “Operativ Məlumat Mərkəzi-OMM” AP agentliyinə istinadən yayıb. Vəziyyətlə bağlı rəsmi açıqlamanı Cənubi Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İl verib.

Prezidenti Trampın bölgəyə hərbi-dəniz qüvvələri göndərməklə bağlı çağırışından sonra rəsmi Seul ehtiyatlı mövqe sərgiləyir. Cənubi Koreya hazırda Hörmüz boğazının blokadasının aradan qaldırılması istiqamətindəki səylərin dəstəklənməsi məsələsini diqqətlə müzakirə edir.

"Hökumət ABŞ tərəfi ilə sıx əlaqəni davam etdirəcək. Regionda dəyişən vəziyyəti və müxtəlif amilləri nəzərə alaraq, bu məsələni hərtərəfli araşdıracağıq", - deyə Park İl vurğulayıb.

XİN rəsmisi əlavə edib ki, regionda vəziyyətin daha da pisləşməsi halında Cənubi Koreya hökuməti təcili əlavə tədbirlər görməyi planlaşdırır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…