Operativ Məlumat Mərkəzi

20 Yanvar faciəsindən 36 il ötür

4 dəq
Paylaş:
20 Yanvar faciəsindən 36 il ötür
Azərbaycanda 1990-cı il yanvarın 20-də törədilmiş Qanlı Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur."Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

Azərbaycanda 1990-cı il yanvarın 20-də törədilmiş Qanlı Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, şəxsən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun , Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinə məxsus qoşun hissələri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilib. Ağır hərbi texnika və müxtəlif silahlarla dinc əhaliyə atəş açılması nəticəsində kütləvi qətllər törədilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların Bakıya yeridilməsi misli görünməmiş qəddarlıqla müşayiət olunub. Fövqəladə vəziyyətin elan olunmasına qədər 82 nəfər qətlə yetirilib, 20 nəfər ölümcül yaralanıb. Fövqəladə vəziyyət tətbiq edildikdən sonra isə Bakıda daha 21 nəfər öldürülüb. Bundan əlavə, fövqəladə vəziyyətin elan edilmədiyi Neftçala və Lənkəran şəhərlərində də yanvarın 25–26-da 8 nəfər həyatını itirib.

20 Yanvarda Bakıda məhv edilən avtomobillərin FOTOLARI

Nəticədə Bakıda və ətraf ərazilərdə ümumilikdə 131 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb. Ölənlər arasında qadınlar, uşaqlar, yaşlılar, eləcə də təcili tibbi yardım əməkdaşları və milis işçiləri də olub.

Hadisələr kütləvi qanunsuz həbslərlə də müşayiət edilib. Əməliyyatlar zamanı Bakı və digər bölgələrdən 841 nəfər saxlanılıb, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərində yerləşən həbsxanalara göndərilib. Eyni zamanda 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yanğınlar nəticəsində böyük maddi ziyan vurulub.

1990-cı ilin yanvarında həyatını itirənlər “20 Yanvar şəhidləri” adı ilə yad edilir. Ümumilikdə, bu faciənin qurbanı olan 150 nəfər Azərbaycan tarixində şəhid kimi anılır.

Faciədən bir gün sonra – yanvarın 21-də Ümummilli Lider Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata açıq etirazını bildirib və xalqla həmrəyliyini nümayiş etdirib.

Azerbaycan'ın kanlı günü: 20 Ocak 1990 | TRT Haber Foto Galeri

20 Yanvar faciəsi təkcə ümumxalq hüznü deyil, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsinin təzahürü kimi tarixə düşüb. Fövqəladə vəziyyətə baxmayaraq, yanvarın 22-də Bakıda keçirilən matəm yürüşündə və Şəhidlər xiyabanındakı dəfn mərasimində təxminən 2 milyon insan iştirak edib.

1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Həmin vaxtdan etibarən 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Bu gün ölkə üzrə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, nəqliyyat vasitələri səs siqnalları verəcək, dövlət bayraqları endiriləcək. Eyni zamanda Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən də Qanlı Yanvarla bağlı tədbirlər keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax