Əsas məzmuna keç

İspaniyadan Avropa ordusu çağırışı: "ABŞ-dən asılı qala bilmərik"

İspaniyadan Avropa ordusu çağırışı: "ABŞ-dən asılı qala bilmərik"

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropanın müstəqil müdafiə gücünə ehtiyacı olduğunu bildirib.

en ru

Brüsseldə keçirilən Xarici İşlər Şurasının iclasından əvvəl İspaniyanın naziri Xose Manuel mühüm açıqlamalarla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezidenti Trampın NATO ittifaqı ilə bağlı tənqidlərini xatırladaraq, ölkələrinin mümkün təhlükələrə qarşı hazırlıqlı olmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, Avropa hər səhər Vaşinqtonun növbəti addımının nə olacağını düşünərək oyana bilməz.

diplomatiyasının rəhbəri hesab edir ki, müstəqil Avropa ordusunun yaradılması NATO-nu zəiflətməyəcək.

Onun sözlərinə görə, ABŞ-nin öz ordusunu gücləndirməsi ittifaqa necə zərər vermirsə, Avropanın da analoji addımı eyni dərəcədə təhlükəsizdir.

Albares əlavə edib ki, əgər alyans əvvəlki təhlükəsizlik zəmanətini verə bilmirsə, avropalılar özləri daha çox səy göstərməlidir.

Mövcud vəziyyəti dəyərləndirən nazir, ABŞ-nin Avropanın tarixi və təbii müttəfiqi olduğunu xatırladıb. Buna baxmayaraq, o, Tramp administrasiyasının transatlantik əlaqələrə dair fərqli baxış bucağının qəbul edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Mersin İranla bağlı açıqlamalarından sonra ABŞ-nin Almaniyadan 5 min hərbçisini geri çəkməsi gərginliyi daha da artırıb.

Son dövrlərdə İspaniya, xüsusilə Yaxın Şərqdəki proseslərə və ABŞ-nin siyasətinə qarşı ən sərt mövqe nümayiş etdirən Avropa ölkələrindən biridir. Trampın NATO-dan çıxma təhdidləri və Qrenlandiyanı ilhaq etmə cəhdləri kimi mübahisəli bəyanatları fonunda Avropa ordusu ideyası Brüsseldə yenidən əsas müzakirə mövzusuna çevrilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…