Operativ Məlumat Mərkəzi

İspaniyada "Qızıl Viza" tətbiqi ilə xaricilər son 10 ildə 5 min 419 mülk alıb

1 dəq
Paylaş:
İspaniyada "Qızıl Viza" tətbiqi ilə xaricilər son 10 ildə 5 min 419 mülk alıb
bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Barselona və paytaxt Madrid əcnəbilərin "Qızıl Viza" almaq üçün ən çox iqamətgah satın aldığı...

Xarici sərmayədarları cəlb etmək və iqtisadiyyata töhfə vermək üçün 2013-cü ildə qüvvəyə minən “Qızıl viza” tətbiqi ilə İspaniyada əcnəbilərin aldığı 5419 yaşayış evinin 45 faizi çinlilərə, 19,6 faizi ruslara, 2,7 faizi isə ukraynalılara satılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Barselona və paytaxt Madrid əcnəbilərin "Qızıl Viza" almaq üçün ən çox iqamətgah satın aldığı yerlər olub, onu Əndəlusiya, Valensiya, Kanar adaları və Balear adaları izləyir.

Ölkəyə vizasız giriş imkanı verən yaşayış icazəsi əldə etmək üçün ən azı 500 min avroluq daşınmaz əmlak və ya 1 milyon avrodan çox investisiya və ya dövlət istiqrazları alınmalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər