Operativ Məlumat Mərkəzi

İspaniyada növbədənkənar seçkilər keçiriləcək

1 dəq
Paylaş:
İspaniyada növbədənkənar seçkilər keçiriləcək

İspaniyada növbədənkənar seçkilər keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez televiziyada müraciətində bildirib.

Baş nazirin sözlərinə görə, o, parlamenti buraxacaq və iyulun 23-də ölkədə növbədənkənar ümumi seçkilər keçiriləcək.

"Dünənki seçkilərin nəticələrinə baxarkən belə bir qərar verdim", - deyə Sançez televiziya ilə xalqa müraciətində bildirib. Sançezin İspaniya Sosialist İşçi Partiyası (PSOE) və onun müttəfiqi "Podemos" mayın 28-də keçirilən regional seçkilərdə mövqelərini itiriblər, rəqib partiyalar mühafizəkar Xalq Partiyası və ifrat sağçı Vox partiyası seçkidə üstünlük qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər