İspaniyanın Kaseres vilayətində meşə yanğınları başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər yanğınların qısa müddət ərzində geniş əraziyə yayıldığına dair bölgə əhalisinə xəbərdarlıq ediblər.
Qeyd edilib ki, 4 kənddən 700-ə yaxın sakin təxliyə olunub. Alov, ümumilikdə, 8 min hektar ərazidə bitki örtüyünü məhv edib. Hazırda yanğınlarla 400-dən çox yanğınsöndürən mübarizə aparır.
Rəsmilər yanğınların qəsdlə törədildiyini bildiriblər. Belə ki, onların sözlərinə görə, iki ayrı yerdə yanğının eyni vaxtda başlaması belə deməyə əsas verir.
Xatırladaq ki, İspaniya ötən il də meşə yanğınlarından ən çox əziyyət çəkən ölkələrdən biri olub. Ötən il İspaniyada 267 min hektar meşə sahəsi yanıb. Avropada baş verən meşə yanğınlarının 35 faizi İspaniyada qeydə alınıb.Meteoroloq aprel ayının rekord həddə isti və quraq keçdiyini bildiriblər.
Hazırda da ölkənin 30 faizində quraqlıq müşahidə olunur. Vəziyyətlə əlaqədar həyəcan siqnalı elan olunub.