İspaniyada aprelin 17-də qismən ixtisarla başlayan və mayın 22-də tətilə çevrilən məhkəmə məmurlarının hərəkətləri səbəbindən ölkə daxilində 1 milyona yaxın iş təxirə salınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, maaşların artırılmasını tələb edən məhkəmə zabitlərinin tətili ölkədə 45 min işçini əhatə edir.
Aparılan aksiyalara görə son üç ayda ölkədə boşanmaların sayının əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azaldığı paylaşılıb.
Digər tərəfdən, etirazlar çərçivəsində iyunun 7-də məhkəmə zabitlərindən ibarət kiçik bir qrup Ədliyyə Nazirliyindəki otağa qapanıb. Nazirlik etirazçılara çöldən yemək gətirilməsinə də qadağa qoyub.