Əsas məzmuna keç

İspaniya millisi dünya çempionatlarında tarixi rekorda imza atdı

İspaniya millisi dünya çempionatlarında tarixi rekorda imza atdı

Luis de la Fuentenin yetirmələri mundialda yeni uğura imza ataraq tarixə düşdü. İspaniya yığmasının bu möhtəşəm nailiyyəti futbol azarkeşlərini təəccübləndirdi.

en ru

İspaniya dünya çempionatları tarixində ardıcıl 6 matçda qapısını toxunulmaz saxlayan ilk komanda olub.

“Operativ Məlumat Mərkəzi-OMM” FIFA-ya istinadən xəbər verir ki, komanda bunu DÇ-2026-nın 1/8 finalında Portuqaliya ilə matçda reallaşdırıb.

de la Fuentenin baş məşqçi olduğu kollektiv rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İspaniya yığması 1/4 finalda Belçika ilə qarşılaşacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…