Əsas məzmuna keç

İsmət Səttarov: Azərbaycan və Özbəkistan birlikdə sağlam informasiya mühiti formalaşdıracaq

İsmət Səttarov: Azərbaycan və Özbəkistan birlikdə sağlam informasiya mühiti formalaşdıracaq

və media strukturları arasında əməkdaşlıq informasiya mühitinin inkişafını gücləndirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Azərbaycan Audiovizual Şurasının sədri İsmət Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda bildirib.

"Ölkələrimizin media strukturları arasında tərəfdaşlıq , obyektiv və peşəkar informasiya mühitinin formalaşmasına əhəmiyyətli təsir göstərəcək. Rəqəmsal transformasiya, yeni texnologiyaların aktiv tətbiqi və media məsələlərinə xüsusi diqqət şəraitində birgə işimiz xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.

O, birgə layihələrin, məlumat mübadiləsinin, yeni texnoloji trendlərin öyrənilməsinin və peşəkar jurnalistlərin qarşılıqlı əlaqəsinin media sahəsinin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

"Əminəm ki, bu forum Azərbaycan və Özbəkistan KİV-ləri arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün səmərəli platforma olacaq", - İ.Səttarov əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…