Operativ Məlumat Mərkəzi

"Iron Beam" hazırdır, dekabrda İsrail Ordusuna təhvil veriləcək"

2 dəq
Paylaş:
"Iron Beam" hazırdır, dekabrda İsrail Ordusuna təhvil veriləcək"
bu barədə İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı İdarəsinin rəisi Daniel Qold məlumat verib."Dəmir Şüa lazer sisteminin döyüş...

"İsrail lazer texnologiyasına əsaslanan qabaqcıl "Iron Beam" hava hücumundan müdafiə sisteminin işlənib hazırlanmasını başa çatdırıb və onun İsrail ordusuna ilk təhvil verilməsi bu ay planlaşdırılır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı İdarəsinin rəisi Daniel Qold məlumat verib.

"Dəmir Şüa lazer sisteminin döyüş meydanında döyüş qaydalarını əsaslı şəkildə dəyişdirəcəyi gözlənilir. Onun imkanlarını təsdiqləyən inkişaf və hərtərəfli sınaq proqramının başa çatmasından sonra biz ilk sistemi 2025-ci il dekabrın 30-da İsrail ordusuna təhvil verməyə hazırıq", - o qeyd edib.

Daniel Qold əlavə edib ki, İsrail artıq yeni nəsil sistemlər üzərində işləyir: "Müdafiə Nazirliyinin strategiyasına uyğun olaraq, biz kosmosda, hücumda və müdafiə sahələrində gələcək münaqişələr üçün texnoloji "sürprizlərin" növbəti nəslini fəal şəkildə inkişaf etdiririk və onları lazımi vaxtda xidmətə təqdim edəcəyik.

Qeyd edək ki, "Iron Beam" sistemi (həmçinin İşıq Qalxanı kimi tanınır) lazer şüasından istifadə etməklə çox qısa mənzilli raketləri, həmçinin minaatan və artilleriya mərmilərini tutmaq üçün nəzərdə tutulub. Həmçinin onun kiçik PUA-ları məhv etmək qabiliyyətinə malik olacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər