Əsas məzmuna keç

İrlandiya Baş naziri: Qəzzada həqiqətlər üzə çıxanda dünya utanacaq

İrlandiya Baş naziri: Qəzzada həqiqətlər üzə çıxanda dünya utanacaq

İrlandiya Baş naziri Micheál Martin BMT Baş Assambleyasında çıxış edərək beynəlxalq ictimaiyyətin Fələstin məsələsində uğursuz olduğunu bildirib. O, Qəzzədə baş verənlərin bütün təfərrüatları məlum olduqda dünyanın utanacağını deyib.

en ru

İrlandiyanın Baş naziri Mişel Martin Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının () 81-ci Baş Assambleyasının iclasında çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hökumət başçısı dünyadakı münaqişələrin ən çox həssas qruplara təsir etdiyini, iqlim dəyişikliyinin nəticələrinin isə dünyanın hər yerində hiss olunduğunu bildirib. Martin beynəlxalq hüququn təhdid altında olduğunu və yeni texnologiyaların gözlənilməz təhlükələr yaratdığını qeyd edib.

İrlandiya hökumətinin başçısı qeyri-müəyyənliklərin beynəlxalq sistemin əsaslarını sarsıtdığını vurğulayıb. Onun sözlərinə görə, təzyiq altındakı dünyaya cavab daha az əməkdaşlıq deyil.

“Beynəlxalq əməkdaşlığın çətin olduğunu söyləmək, çoxtərəfliliyin işləmədiyini düşünmək və başqalarının problemlərinin bizim problemimiz olmadığını hesab etmək yanlış nəticəyə gətirib çıxarır”, – deyə Martin bildirib.

İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə əsas məqsədin birlik ruhunu gücləndirmək olduğunu bildirən Martin BMT-nin , təhlükəsizlik, insan hüquqları və inkişaf prinsiplərinə sadiqliyin dəyişməz qaldığını söyləyib.

Martin Ukraynadakı müharibənin ən qanlı mərhələlərindən birinin yaşandığını deyib. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin sərhədləri zor yolu ilə dəyişməyə çalışdığını və bunun BMT Nizamnaməsinin açıq şəkildə pozulması olduğunu bildirib.

Sudandakı münaqişənin xarici müdaxilələr səbəbindən uzandığını qeyd edən İrlandiya Baş naziri müharibəni silahlandıran, maliyyələşdirən və davam etdirən bütün xarici aktorları dəstəklərini dayandırmağa çağırıb.

Qəzzədə atəşkəsə baxmayaraq vəziyyətin dəyişmədiyini və İsrailin hücumlarının davam etdiyini deyən Martin beynəlxalq ictimaiyyətin Fələstin məsələsində uğursuz olduğunu vurğulayıb.

“Onilliklərdir davam edən yoxsulluğun, insan itkilərinin və gərginliyin yeganə həlli ilə İsrailin yanaşı, sülh və əmin-amanlıq şəraitində yaşamasıdır”, – o bildirib.

Martin iki dövlətli həllin aradan qaldırılmasına yönəlmiş məqsədli addımların atıldığını, lakin zamanın tükəndiyini deyib. O, getdikcə daha çox ölkənin Fələstin dövlətini tanıdığını və BMT üzvlərinin böyük hissəsinin Nyu-York Bəyannaməsini imzaladığını xatırladıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…