İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazında “Prima” tankerinə dron zərbəsi endirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” agentliyi “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi rəsmi məlumat yayıb.
Bildirilib ki, tanker SEPAH-ın bu gün səhər yayımladığı xəbərdarlıqdan sonra vurulub.