Əsas məzmuna keç

İrəvanda saxlanılan Azərbaycan əsgəri DANIŞDI

İrəvanda saxlanılan Azərbaycan əsgəri DANIŞDI

“Joxovurd” qəzeti Nasimi Musayevin dindirilməsi ilə bağlı məlumat yayıb. Yaralı Ani Avetisyan isə hadisə zamanı hərbçinin ailə üzvlərinə silah tuşladığını və üç dəfə atəş açdığını bildirib.

en ru

Ermənistanda saxlanılan hərbçisi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, erməni ailəsinin evinə daxil olduqdan sonra ev sahibəsinin silahından yapışdığını və buna görə atəş açmağa məcbur olduğunu deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti Azərbaycan əsgərinin dindirmə zamanı iatintaqa danışdıqlarına istinadən yazıb.

Nəşr xatırladıb ki, Azərbaycan hərbçisi Nəsimi Musayev sərhədini qanunsuz keçərək Sünik vilayətinin (Zəngəzur) Şaki kəndində Ani Avestisyanın evinə daxil olub və ev sahibəsinə odlu silahla xəsarət yetirib.

Qəzetin məlumatına görə, Nəsimi Musayev ifadəsində erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmadığını deyib. Azərbaycan əsgəri ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahdan yapışdığını və nəticədə atəş açmağa məcbur qaldığını bildirib.

N.Musayev yazılı ifadəsində bundan sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də ibildirib.

Ani Avestisyan isə istintaqa verdiyi ifadədə Azərbaycan əsgəri barədə əks iddialar irəli sürüb.

Qeyd edək ki, oktyabrın 1-də Ermənistan sərhədini naməlum şəraitdə keçdikdən sonra Sünik vilayətinin Sisian rayonundakı Şaki kəndində tutulan Nəsimi Musayev barəsində 2 ay müddətinə həbsqətimkan seçilib. Nəsimi Musayev hazırda istintaq altındadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…