Operativ Məlumat Mərkəzi

İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb - YENİLƏNİB - 2

2 dəq
Paylaş:
İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb - YENİLƏNİB - 2
bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, danışıqlar təxminən 1,5 saat davam edib. Hazırda onlar mətbuata birgə bəyanatlarla çıxış...

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar təxminən 1,5 saat davam edib.

Hazırda onlar mətbuata birgə bəyanatlarla çıxış edirlər.

***

İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.

M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər.

Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər