Operativ Məlumat Mərkəzi

Yekaterinburqda Ermənistanın konsulluğu bağlanıb

1 dəq
Paylaş:
Yekaterinburqda Ermənistanın konsulluğu bağlanıb
bu barədə “Ura.ru” konsulluğa istinadən məlumat yayıb. Qeyd olunur ki, onun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini...

Uralda Ermənistanın konsulluğu bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ura.ru” konsulluğa istinadən məlumat yayıb.

Qeyd olunur ki, onun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib.

"Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib", - məlumatda bildirilib.

Bütün məsələlərlə bağlı Ermənistanın Rusiyadakı digər konsulluq müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər