Əsas məzmuna keç

İraq Prezidenti İlham Əliyevə zəng edib

İraq Prezidenti İlham Əliyevə zəng edib

İraq Respublikasının Prezidenti Rəşid dekabrın 24-də Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

İlham göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

İraq Prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…