ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatları dövründə aviasiya vasitələrinə dəymiş zərər və itkilərlə bağlı geniş hesabat hazırlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəddə ABŞ və İsrail qüvvələrinin fevralın 28-dən etibarən İrana endirdiyi zərbələrdən sonra ABŞ Silahlı Qüvvələrinə məxsus təyyarə, helikopter və pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla, ümumilikdə 81 hava aparatının məhv edildiyi, qəzaya uğradığı və ya ciddi zərər gördüyü bildirilir. İtkilərin yarısından çoxunu — 45 ədədini "MQ-9 Reaper" tipli kəşfiyyat-zərbə dronları təşkil edir.
Konqresin Büdcə Ofisinin (CBO) hesablamalarına istinadən hazırlanan qiymətləndirməyə görə, dəymiş ümumi zərər Pentaqonun silahlanma və texnikanın yenilənməsi planlarından asılı olaraq 1,9 milyard dollar ilə 3,3 milyard dollar arasında dəyişir. Konqres analitikləri bu itkilərin ABŞ Müdafiə Nazirliyinin döyüş hazırliğına və hərbi-sənaye kompleksinin istehsal imkanlarına əlavə yük yaratdığını vurğulayırlar.