İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Moskvaya gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əraqçi bildirib ki, səfərinin əsas məqsədi İranın ali dini lideri Əli Xamneyinin Rusiya prezidenti Vladimir Putinə yazılı mesajını çatdırmaqdır.