Əsas məzmuna keç

İranın Müvəqqəti Rəhbərlik Şurasının üzvü: “ABŞ və İsrail hesablamada səhvə yol verib”

İranın Müvəqqəti Rəhbərlik Şurasının üzvü: “ABŞ və İsrail hesablamada səhvə yol verib”

Aytullah Arafi ölkədəki yeni liderlik seçimi və silahlı qüvvələrin hazırlıq vəziyyəti barədə açıqlama verib.

en ru

İranın Müvəqqəti Rəhbərlik Şurasının üzvü Aytullah Arafi təyinatından sonra ilk dəfə mətbuata açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Arafi çıxışında regional gərginliyə və ölkənin daxili idarəçiliyinə toxunub.

Aytullah Arafi bildirib ki, və İsrail müəyyən hücumlar təşkil etməklə böyük bir "hesab səhvi" ediblər.

O, ölkənin müdafiə qabiliyyətinin yüksək olduğunu vurğulayıb:

“Ekspertlər Məclisi yeni liderin seçilməsi prosesini sürətləndirmək üçün dərhal hərəkətə keçəcək. Yeni rəhbər seçilənə qədər Müvəqqəti Rəhbərlik Şurası mütəmadi iclaslar keçirərək dövlət işlərini idarə edəcək. Ölkənin bütün strukturları xalqın və silahlı qüvvələrin xidmətindədir”.

Şura üzvü həmçinin İran xalqına və ordusuna müraciət edərək, dövlətin bütün gücü ilə onların arxasında olduğunu və sabitliyin qorunacağını əminliklə ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…