Operativ Məlumat Mərkəzi

İranın keçmiş prezidenti hökuməti tənqid edib

1 dəq
Paylaş:
İranın keçmiş prezidenti hökuməti tənqid edib
Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının kütləvi şəkildə işdən çıxarılmasına belə münasibət bildirib:  “Bu gün 85 milyon...

İranın sabiq prezidenti Həsən Ruhani keçmiş hökumət rəsmiləri ilə vaxtaşırı keçirilən toplantıda iştirak edərkən, hazırkı hökumətə və parlamentə qarşı tənqidi fikirlər səsləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının kütləvi şəkildə işdən çıxarılmasına belə münasibət bildirib:

“Bu gün 85 milyon iranlı barədə qərar qəbul etmək cəmi bir neçə nəfərə tapşırılıb. Onların isə ümumi sayı bir neçə yüz min nəfərə belə çatmır”.

“Universitetləri görkəmli professorlardan məhrum etmək elmə və ölkəyə zülmdür, akademiklərin ümidsizliyi isə ölkənin və hakimiyyətin xeyrinə deyil”-deyə, o, əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər