İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda öldürməsinə İranın cavab verməsinin vaxt ala biləcəyini söyləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IRIB televiziya kanalı məlumat yayıb.
O vurğulayıb ki, “İrana qarşı heç bir hücum cavabsız qalmır və düşmən yeri gələndə ölçülü və dəqiq zərbələr gözləməlidir”.
“İranın cavabı əvvəlki əməliyyatlarından fərqli ola bilər və İran ordusu düşmənləri mütəxəssis şəkildə cəzalandırmaq üçün kifayət qədər təcrübəyə malikdir və tələsik hərəkət etməyə meylli deyil”,- o əlavə edib.
Sözçünün fikirlərinə görə, İsrail “hər hansı məqsədlərinə nail ola bilməyib və məğlubiyyətini qəbul edib, bunu hətta Amerika siyasətçiləri də etiraf edir”. Onun sözlərinə görə, israillilər “İranın hər an cavab verəcəyini gözləyərək artıq psixoloji tarazlıqlarını itiriblər”.