Operativ Məlumat Mərkəzi

İranın hərbi komandanı: “İsrailin gələcəyə ümidi yoxdur”

1 dəq
Paylaş:
İranın hərbi komandanı: “İsrailin gələcəyə ümidi yoxdur”
bu barədə İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi bildirib. “Bu seçki o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmamalıdır”, - deyə o...

Yəhya əs-Sinvarın HƏMAS-ın siyasi bürosunun rəhbəri seçilməsi İsrailin artıq gələcəyə ümidinin olmadığını göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi bildirib.

“Bu seçki o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmamalıdır”, - deyə o vurğulayıb.

Musəvinin sözlərinə görə, İsrail beynəlxalq qaydaları və qanunları pozaraq hər hansı normalara riayət etməkdən imtina edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər