Əsas məzmuna keç

İranın dəstəklədiyi qruplar ABŞ-nin Suriyadakı bazasına raket zərbələri endirib

İranın dəstəklədiyi qruplar ABŞ-nin Suriyadakı bazasına raket zərbələri endirib

bu barədə xarici KİV məlumat yayıb. Günorta saatlarında Fərat çayının qərb sahilində Deyr əz-Zorda, ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Zavodunda...

Suriyanın əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ordusunun yerləşdiyi bazaya raketlərlə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Günorta saatlarında Fərat çayının qərb sahilində Deyr əz-Zorda, ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Zavodunda bazaya raketlərlə hücum edib.

ABŞ qüvvələrinin hava hücumundan müdafiə sistemləri raketlərdən birini hədəfinə havada məhv edib, biri isə baza ətrafındakı mülki yaşayış məntəqəsinə düşüb.

Raketin mülki yaşayış məntəqəsinə düşməsi nəticəsində insan tələfatı qeydə alınmayıb.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…