İranın bəzi şəhərlərində qum fırtınalarının yaratdığı havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərində məktəblər, eləcə də Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları və banklar bağlanıb.