Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Paşinyanın Tehrana səfəri əlaqələrin əhəmiyyətini göstərir" - İran səfiri

2 dəq
Paylaş:
"Paşinyanın Tehrana səfəri əlaqələrin əhəmiyyətini göstərir" - İran səfiri

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərini şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran diplomatı keçirdiyi konfransında bildirib.

Şirqolami qeyd edib ki, səfər İran və arasında mövcud olan münasibətlərin xüsusi xarakterini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, bu cür təmaslar iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, iyulun 3-də Nikol Paşinyan və Ermənistan nümayəndə heyətinin üzvləri İranın keçmiş ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edib və onun xatirəsini yad ediblər.

İran səfiri bildirib ki, bu addım tərəflərin ikitərəfli münasibətləri daha da möhkəmləndirmək niyyətini göstərir.

Diplomat həmçinin vurğulayıb ki, İranın ali rəhbərliyi Ermənistan və İranda yaşayan erməni icmasına hər zaman xüsusi hörmətlə yanaşıb. O, iki ölkə arasında qonşuluq münasibətlərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daim diqqətdə saxlanıldığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax