Əsas məzmuna keç

İrandan çıxarılan rusiyalı işçilər Ermənistandan xüsusi reyslə Rusiyaya yola salındı

İrandan çıxarılan rusiyalı işçilər Ermənistandan xüsusi reyslə Rusiyaya yola salındı

İrandakı nüvə obyektindən çıxarılan Rosatom işçiləri Nurduz-Aqarak sərhədindən keçərək vətənə yola salınıb. Diplomatik missiyanın açıqladığı mühüm təfərrüatlar:

en ru

İranın Buşehr Atom Elektrik Stansiyasından təxliyə olunan 175 rusiyalı işçi Yerevandan Moskvaya xüsusi reyslə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, aprelin 6-da Buşehr Atom Elektrik Stansiyasının təxliyə edilən işçilərindən ibarət daha bir qrup İrandan Nurduz-Aqarak sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana daxil olub və onların tərkibində olan 175 vətəndaşı xüsusi reyslə Yerevandan Moskvaya göndərilib.

Səfirlik həmçinin Dövlət Korporasiyası əməkdaşlarının operativ qeydiyyatına və göstərilən diqqətə görə hakimiyyətinə təşəkkürünü ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #nüvə#rosatom
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…