İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb
13.06.2023 11:49
Aa
dəq

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.

Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu