Əsas məzmuna keç

İrandan Azərbaycana 20 nəfərə yaxın Ukrayna vətəndaşı təxliyə olunub

İrandan Azərbaycana 20 nəfərə yaxın Ukrayna vətəndaşı təxliyə olunub

Bu gün səhər saatlarından 20 nəfərə yaxın vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədinin buraxılış məntəqəsindən keçən vətəndaşlar sərhədçilərin müşayiəti ilə qarşılanır.

Hər bir əcnəbi süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə həkim briqadası tərəfindən ilkin yardım göstərilir.

Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan və digər ölkə vətəndaşları, eləcə də 20-ə yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olublar.

Onların bildirdiyinə görə, səhər olmasına baxmayaraq, İran tərəfdə hələ ki, keçidi gözləyən insanlar çoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…