İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Hamir rayonunda qaz borusunda baş verən partlayış nəticəsində bir nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Bəndər Hamir bələdiyyə başçısı Mir Haşim Hastar açıqlama verib.
Bölgədə geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü deyən İran rəsmisi yanğınsöndürmə işlərinin davam etdiyini qeyd edib.