İranda 21 martdan 6 iyuladək "Krım-Konqo" qızdırmasından üç nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli mediaya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Rza Şirzadi deyib.
Onun sözlərinə görə, qeyd olunan müddətdə 28 nəfər bu xəstəliyə yoluxub.
Şirzadi bildirib ki, "Krım-Konqo" qızdırmasının əsas simptomları qızdırma, başağrı, kəskin halda isə qanaxmadır.
Krım-Konqo qızdırma virusu heyvan kəsilən zaman insana yoluxa və sonradan insandan-insana keçə bilər.