İranda daha bir ABŞ vətəndaşı həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın Xorasan qəzeti İran əsilli amerikalının “casusluq ittihamı ilə” həbs edildiyinə dair xəbər dərc edib.
Qeyd edilib ki, bununla da İrandakı ABŞ məhbuslarının sayı 5-ə çatıb.
Məlumata görə, həmin şəxs əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işləmiş İran əsilli amerikalı qadındır.
Bildirilib ki, o, bir neçə həftə əvvəl İranda həbs edilib və Vaşinqton Tehranla məhbus mübadiləsi sazişinin icrasını o azad olunana qədər dayandırıb.