Əsas məzmuna keç

"İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik"

"İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik"

Kaya Kallas Aİ-nin SEPAH-ı terror siyahısına salacağını və Tehrana ağır bədəl ödətdirəcəyini dedi. Brüsselin Rusiya ilə bağlı yeni planının detalları xəbərimizdə.

en ru

"Aİ çox güman ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunu təşkilatı kimi tanıyacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi deyib.

"İrana qarşı yeni sanksiyalar tətbiq . Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təyin edəcəyik. Bu, onu Əl-Qaidə, Həmas və İŞİD ilə eyni kateqoriyaya salacaq. Terrorçu kimi davranırsınızsa, sizə terrorçu kimi yanaşılmalıdır. İrandakı etirazlar zamanı itkilərin sayını görürük və rejim tərəfindən görülən tədbirlər həqiqətən çox böyükdür. Buna görə də biz həm də açıq bir siqnal göndəririk - insanlara təzyiq göstərsəniz, bunun bir bədəli var və bunun üçün də sanksiyalara məruz qalacaqsınız", - o bildirib.

Kallas əlavə edib ki, nazirlərinin görüşünün kifayət qədər sıx gündəliyi olacaq və bu gündəliyə Rusiya-Ukrayna müharibəsi də daxil olacaq.

O bildirib ki, Rusiyanı çirkli pulların yuyulması ilə bağlı qara siyahıya salmaq planları üzərində iş gedir: "Düşünürəm ki, Rusiyanı real danışıqlara məcbur edən istənilən tədbir yaxşı bir şeydir və biz beləcə irəliləyəcəyik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…