Əsas məzmuna keç

İrana casusluq edən media qurumları ifşalandı

İrana casusluq edən media qurumları ifşalandı

Bu gün Bakıda İranın şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi - OMM" APA-ya istinadən xəbər verir ki, DİN tərəfindən SalamNews informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin adları da məlum olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T. Kərimov, E.A. Rəhimov, İ.Ə., M.N.Cəfərov, H.H. Cabbarlı, F.S. və A.Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…