Operativ Məlumat Mərkəzi

İran yeni raketini sınaqdan keçirib

1 dəq
Paylaş:
İran yeni raketini sınaqdan keçirib
raketin sınağında İran Prezidenti İbrahim Rəisi və SEPAH-ın yüksək rütbəli komandirləri iştirak ediblər. SEPAH komandiri Əmir Əli Hacızadə bildirib ki,...

İran 1400 kilometr mənzilli “Fəttah” adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" İran KİV-ə istinadən xəbər verir ki, raketin sınağında İran Prezidenti İbrahim Rəisi və SEPAH-ın yüksək rütbəli komandirləri iştirak ediblər.

SEPAH komandiri Əmir Əli Hacızadə bildirib ki, onların ilk hipersəs raketi bütün raket əleyhinə müdafiə sistemlərindən yayınacaq.

“Bu raket düşmənin raket əleyhinə sistemlərini məhv etmək üçün həll yoludur, o, səs sürətindən beş dəfə sürətlə hərəkət edə bilir”- komandir əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər