Rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin hökm sürməsində maraqlıdır və buna görə də bəyan etmişdik ki, İran işğal olunan Qarabağın Azərbaycan qaytarılmasının tərəfdarıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi həftəli mətbuat konfransında deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə fikirlərinə də münasibət bildirib:
“Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiyaların inkişafının tərəfdarıyıq. İran region dövlətlərinin arasındakı məsələlərin 3+3 formatında həll olunmasını istəyir və bölgəyə kənar qüvvələrin cəlb edilməsinin əleyhinədir.
N. Kənani qeyd edib ki, Azərbaycanın rəsmi şəxslərinin İrana səfəri hazırlanır:
“Bu səfərlə bağlı işlər və danışıqlar aparılır. Ümid edirik ki, səfər baş tutacaq və Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək”.