İran Hörmüz boğazından ilk dəfə rüsum gəliri əldə edib
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran hakimiyyəti ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilərdən toplanan rüsumlar hesabına gəlir əldə edib.
Bildirilib ki, bu barədə parlament sədrinin müavini Hacı Babai məlumat verib. "Fars" xəbər agentliyinin onun sözlərinə istinadən yaydığı xəbərdə qeyd olunub ki, “Hörmüz boğazından rüsumlardan əldə edilən ilk gəlir mərkəzi bankın hesabına köçürülüb”.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını elan etmişdi.
Qeyd olunub ki, ABŞ tərəfi isə son razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bildirib.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ blokadası tam aradan qaldırılmayana qədər boğazın bağlandığını açıqlayıb. SEPAH həmçinin gəmi sahiblərini İranın göstərişlərinə əməl etməyə çağırıb və ABŞ Prezidenti Donald Trampın açıqlamalarını “etibarsız” adlandırıb.