Əsas məzmuna keç

İran və Rusiya Xəzər dənizinin ekoloji problemlərini müzakirə ediblər

İran və Rusiya Xəzər dənizinin ekoloji problemlərini müzakirə ediblər

Moskvada keçirilən ikitərəfli görüşdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və ətraf mühitin mühafizəsi məsələləri diqqət mərkəzində olub.

en ru

Moskvada Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə İran və Rusiya nümayəndə heyətləri arasında dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, görüşdə strateji və regional əməkdaşlığın gücləndirilməsi, həmçinin "Tehran Konvensiyası" çərçivəsində görüləcək işlər əsas müzakirə mövzusu olub.

İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi departamentinin rəhbəri Azami və Rusiyanın üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenkonun rəhbərlik etdiyi tərəflər aşağıdakı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İranın ev sahibliyi edəcəyi "Tehran Konvensiyası" tərəflərinin yeddinci sessiyasının təşkili, Konvensiyanın Katibliyinin regionda təsis edilməsi, Xəzəryanı ölkələrin dəniz mühitinin qorunmasında birgə məsuliyyəti və kollektiv səyləri və Xəzərin çirklənməsinə qarşı mübarizə protokollarının icrası əsas müzakirə mövzusu olub.

Görüşün ən mühüm bəndlərindən biri Xəzər dənizinin su səviyyəsinin kəskin azalması və bu prosesin fəsadlarına qarşı mübarizə planlarının hazırlanması olub. Tərəflər ekoloji böhranın qarşısını almaq üçün əməkdaşlığın vacibliyini vurğulayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…