"Gələcək hücumların qarşısını almaq üçün düşməni peşman olacağı nöqtəyə çatdırana qədər müharibəni davam etdirəcəklər”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya deyib.
O ABŞ-İsrailin İrana qarşı müharibədə məqsədlərinə çata bilmədiyini qeyd edib:
“Qarşı tərəfin müharibədə məqsədlərinə çatmadığını və əslində məğlubiyyətə uğradığını qəti şəkildə deyə bilərik. Müharibənin davam etdirilməsinin məqsədi düşməni həqiqi peşmanlıq hiss edəcəyi bir nöqtəyə gətirməkdir. Bu, bəziləri tərəfindən emosional yanaşma kimi qəbul oluna bilər, lakin əslində tamamilə strateji rasional düşüncəyə əsaslanır”.
“Düşməni bu nöqtəyə çatdırmaq gələcəkdə müharibənin təkrarlanmasının qarşısını almaq üçün zəruridir. Çünki bu məqsədə nail olunarsa, çəkindiricilik səviyyəsi elə artacaq ki, düşmən bir daha ölkəyə qarşı hərəkət etməyə cəsarət etməyəcək", - o əlavə edib.