İran tərəfindən Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində yerləşən nəhəng "Saudi Aramco" neft emalı zavoduna (NEZ) yenidən hücum edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını uğurla zərərsizləşdirib.
Nazirliyin bəyanatında vəziyyətlə bağlı deyilir: "İlkin qiymətləndirmələrə görə, hücum PUA vasitəsilə həyata keçirilib və heç bir dağıntıya səbəb olmayıb".
Xatırladaq ki, ötən gün İranın "Shahed-136" dronlarının Ras-Tannuradakı NEZ-ə hücumu nəticəsində Səudiyyə Ərəbistanı müəssisənin fəaliyyətini bir neçə gün müddətinə dayandırmışdı.