Əsas məzmuna keç

İranın dronları Küveytdəki neft emalı zavoduna hücum edib

İranın dronları Küveytdəki neft emalı zavoduna hücum edib

Mina əl-Əhmədi müəssisəsinə PUA və ballistik raketlərlə zərbə endirildi. KUNA strateji obyektdə yanğınların başladığını bildirir. Regionda vəziyyət kəskinləşib.

en ru

İran dronları Küveytin əl-Əhmədi emalı zavoduna hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Küveytin dövlət xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, aprelin 3-ü səhər pilotsuz təyyarələr zavod və ixrac mərkəzinə hücum edib. Küveyt Neft Korporasiyasının neft emalı zavodu paytaxtdan 45 kilometr cənubda yerləşir. Hücum nəticəsində yanğınlar baş verib.

Küveyt bildirib ki, hava hücumundan müdafiə qüvvələri hazırda İran dronları və raketlərinin hücumlarını dəf edir.

Qeyd edək ki, bu, İranın Mina əl-Əhmədi neft emalı zavoduna ilk hücumu deyil, martın 20-də də zavod bir neçə dron hücumuna məruz qalıb və obyektlərdə yanğınlar baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…